İstanbulda 20 Yanvar şəhidləri anıldı

20 Yanvar 2013 17:15 (UTC+04:00)

Dünən Türkiyənin İstanbul şəhərindəki Baş Konsulluğumuzun təşəbbüsü ilə 20 Yanvar faciəsinin 23-cü il dönümünə həsr olunmş mərasim keçirilib. Tədbirdə vətənimizin azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin ruhu ehtiramla yad edilib. Mərasimdə millət vəkilləri , konsulluğumuzun əməkdaşları, Türkiyədə fəaliyyət göstərən Azərbaycanın diaspora nümayəndələri, geyri-hökümət təşkilatları, siyasi partiyaların nümayəndələri, burada təhsil alan azərbaycanlı tələbələr və kütləvi informasiya vasitələrinin təmsilçiləri iştirak ediblər. Qanlı Yanvara həsr olunmuş anım mərasimində ilk olaraq faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib və ardından Azərbaycan ve Turkiyənin milli himnləri səsləndirilib.

Mərasimdə ilk çıxış edən Milli Məclisin deputatı Hadi Rəcəbli 23 il əvvəl rus hərbi imperiyasının Bakıda törətdiyi dəhşətli faciədən danışib. O, xalqımızın bu facıədə həyatdan getmiş övladlarına matəm saxlamaqla bərabər,eyni zamanda onların şəhidlik zirvəsinə yüksəldiyini qeyd edib. Millət vəkili Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin mübarizə tarixinə nəzər salaraq bildirib ki, Azərbaycan tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 yanvarı bütün gələcək nəsillərə nümunə olacaq: "20 Yanvar hamımız üçün şərəf günüdür,"vətən və torpaq şəhidlərlə ucalır". Tədbirdə Yıldız Texnik Universitetinin professoru Adil Allahverdiyev,İstanbul Azərbaycan-Türkiyə Dərnəyinin sədri Səfər Karakoyunlu, Azərbaycan-İstanbul Kültür Dərnəyinin sədri Hikmət Erp,Türk-Azərbaycan Dostluq və Kültür dayanışma dərnəyinin sədri Salih Bayraktar çıxış ediblər. Natiqlər milli azadlıq uğrunda şəhid olan qəhramanların xatirəsinin Azərbaycan xalqının yaddaşında əbədi yaşayacağını bildiriblər. Tədbirdə çıxış edən natiqlər vurğulayıblar ki, vətəninin azadlığı üçün canından keçən oğulların dövləti, bu gün yüksəliş dövrünü yaşamaqdadır;" Müstəqil Azərbaycanın bu uğurlarında Ümummilli liderimiz Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin böyük zəhməti var". Mərasimdə qeyd edilib ki, son illər ölkəmizin əldə etdiyi uğurlar bir daha onu deməyə əsas verir ki, 20 Yanvar hadisələrində şəhid olmuş vətən övladlarının mübarizələri boşa getməyib.

Tədbir iştirakcıları 20 yanvara həsr olunmuş fotosərginin açılışında da işyirak ediblər. Mərasimin sonunda 20 Yanvar hadisələri ilə bağlı "Azadlığa geden yol" filmi nümayiş etdirilib.