İşğal olunmuş ərazilərimizə 114 ailə köçürülüb

21 Yanvar 2013 13:07 (UTC+04:00)
2012-ci ildə Azərbaycanın işğal altında olan ərazilərinə Ermənistan və digər ölkələrdən  (415 nəfər) köçürülüb. APA-nın Ermənistan mediasına istinadən verdiyi məlumata görə, 2011-ci ildə bu rəqəm 169 ailə (580 nəfər) təşkil edib. Livanın "Artsaxfond" Fondunun proqramı çərçivəsində işğal zonasında məskunlaşdırılan üç və daha çox uşaqlı ailələr mal-qara ilə təmin olunub. Ötən il bu kateqoriya ailələrə 152 sağmal inək bağışlanıb. Ötən il işğal olunmuş Azərbaycan ərazilərinə Suriyadan qaçqın düşmüş erməni ailələr də köçürülüb. Erməni mediası 30 suriyalı erməni ailəsinin Laçın rayonunda məskunlaşdırıldığını yazır.