Əli Abbasov İKT ilində görüləcək işlərdən danışdı

21 Yanvar 2013 13:17 (UTC+04:00)

"Bu il Azərbaycanda  İKT sahəsində bir sıra iri işlər həyata keçiriləcək.Çünki, 2013-cü il Azərbaycanda İKT ili elan olunub və cari il ərzində bu sektorda bir sıra əhəmiyyətli layihələrin həyata keçirilməsi nəzərdə tutulub".
Movqe.az-ın məlumatına görə, bu sözləri  jurnalistlərə açıqlamasında rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov deyib. Onun sözlərinə görə, görülən ilk tədbirlərdən biri, Azərbaycanın ilk süni peykinin orbitə çıxarılması olacaq. Bundan əlavə 3 ili əhatə edəcək Azərbaycan regionlarında genişzolaqlı internetin inkişafı layihəsi, rəqəmsal TV yayımına tam keçid, elektron hökumət portalının imkanlarının genişləndirilməsi, texnoparkların yaradılması və s. kimi layihələr də həyata keçiriləcək".
Nazir onu da bildirdi ki, bu il ölkənin kosmik sənayesinin inkişafı üçün əhəmiyyətli olacaq: " Azərbaycan 2016-cı ildə orbitə artıq ikinci peykini buraxacaq. İlk süni peykimiz isə fevralın 7-dən 8-nə keçən gecə orbitə buraxılacaq".