Köpəkbalığını quyruğundan tutdu

21 Yanvar 2013 15:28 (UTC+04:00)
Movqe.Az bildirir ki, Avstraliyada ailəsiylə tətil edən ingilis turist Paul Marşallszea ölkənin ən məşhur çimərliklərindən biri olan "Bulcock"da uşaqların oynadığı dayaz suya bir köpəkbalığının yaxınlaşdığını görüb. Suya xilasedicilərdən əvvəl çatan Marşallszea köpəkbalığını quyruğundan tutaraq baş verəcək faciənin qarşsını alıb. "Daily Mail" qəzetinin xəbərinə görə, 62 yaşlı Marşallszea uşaqların və hətta körpələrin oynadığı yerə yönələn köpəkbalığını quyruğundan tutaraq tərs çevirib. Marşallszea hadisəni bu sözlərlə izah edib: "Mənə doğru döndü və qıçımı dişləməyə çalışdı. Sürətli bir hərəkətlə özümü xilas etdim. Təhlükəli olduğunu bilirdim, amma onun dərin sulara doğru üzməsinə kömək etdim."