Sneyder “Qalatasaray” da .

21 Yanvar 2013 14:50 (UTC+04:00)

Uzun müddətdir "Qalatasaray"ın hədəfində olan "İnter"in hollandiyalı futbolçusu Uesli  Sneyderlə 3.5 illik müqavilə imzalanıb.

Uesley Sneyder ildə 4 milyon avro qarşılığında 3,5 il "Qalatasaray"da oynamağı qəbul edib. "Qalatasaray" transfer üçün "İnter"ə 7,5 milyon avro, oyunçunun menecerinə isə 1 milyon avro ödəyəcək. 

"Qalatasray TV"-yə açıqlama verən Sneyder  bu komandaya keçidinə görə özünü xoşbəxt hiss etdiyini bildirib:

 "Qalatasaray"a keçidlə bağlı qərar verdiyim üçün xoşbəxtəm. Bu, dünya səviyyəli bir komandadır. İlk matça çıxacağım üçün indidən həyəcanlıyam. Böyük matçlarda oynamağı sevirəm. Fatih Terim haqqında İtaliyada çox şey eşitdim, onunla çalışmağı həyəcanla gözləyirəm. Komandadakı futbolçuların da çoxunu tanıyıram. Tərəfdarları sevindirmək istəyirəm".