Yatarkən nəhəng qayanın altında qaldı

21 Yanvar 2013 15:59 (UTC+04:00)
Movqe.Az bildirir ki, ABŞ-ın St.Corc şəhərində yaşayan Uanda Denhalter evində yatarkən böyük bir səs-küyə oyanıb. Evdə tək olan Denhalter ətrafdakı dağlardan qopub gələn və divarları yıxaraq yataq otağına girən nəhəng bir qayanın altında qalıb. "The Salt Lake Tribune" qəzetinin xəbərinə görə, qəzada çənəsi qırılan 63 yaşlı Denhalter ayağından da yaralanıb. Səs-küyü eşidən kimi yataqda həyat yoldaşının tərəfinə keçdiyi üçün qaya ilə qismən təmasda olan Denhalter cib telefonunu dərhal götürərək yardım üçün zəng vurmağı bacarıb. Xəstəxanaya qaldırılan Denhalterin dörd saat davam edən bir əməliyyat keçirdiyi bildirilib.