Diqqət! Bu gün ilin ən stressli günü hesab olunur

21 Yanvar 2013 16:22 (UTC+04:00)
Movqe.Az bildirir ki, Yanvar ayının üçüncü bazar ertəsi gününə "mavi bazar ertəsi" adı verilib. "Daily Telegraph"ın xəbərinə görə, "Birkbeck College"in psixologiya mütəxəssisləri, insanların xoşbəxtlik dərəcəsini müəyyən etmək üçün araşdırma aparıb. Araşdırmaya qatılan 80 adamı ən çox xoşbəxt edən şey, yerdə 10 sterlinq tapmaları olub. Ən cansıxıcı şey isə, pis çalınan bir skripkadan çıxan səslər olduğu aydın olub. Bala itlərlə oynamaq, şokolad yemək, gülən körpə şəkillərinə baxmaq da xoşbəxtlik verən amillərdən hesab olunur. Çürük diş və ağlayan körpə şəkilləri əsəbləri pozur. Kişilərin yerdə olan pula sevinmə nisbəti müsbət 90, qadınlarda bu nisbət təxminən 10 bal daha aşağıdır. Lakin qadınlar, ümumi xoşbəxtlik nisbəti hesablamalarına görə kişilərdən üst sırada yer tuturlar. Qadınlarda bu nisbət 66, kişilərdə 58-dir. Araşdırmanı icra edənlər Funke Baffour, işgüzar həyat tərzi yaşayan insanların daha çox xoşbəxt anlar axtardıqlarını bildirib. O, "Mavi bazar ertəsi" kimi günlərin əhvalı pozduğunu və depressiyadan qorunmanın sadə yollarına göstərib. Beləliklə, gözəl bir musiqi dinləmək, kimisə tərifləmək, ev heyvanlarına yaxud sevdiyimiz insanlara maraq göstərmək üçün daha çox vaxt ayırmaq bu sadə yollardan bir neçəsidir.