Koreya dilinə olan maraq artır

21 Yanvar 2013 17:21 (UTC+04:00)
Movqe.Az bildirir ki, Sürətlə dünyaya yayılan Cənubi Koreyanın məşhur mədəniyyəti, Koreya dilinə olan marağı da artırıb. "TOPİC" adı altında Koreya dili imtahanlarına indiyə qədər qeyddən keçənlərin sayı bir milyona çatıb. Cənubi Koreya Təhsil Nazirliyinin verdiyi məlumata görə, son imtahana 18 min 702 adam qatılıb. İlk dəfə 1997-ci ildə təşkil edilən belə imtahana indiyə qədər qatılanların sayı 1 milyonu keçib. Koreya dilini yoxlamaq istəyənlər artıq 62 ölkədə bu imtahanlara girə bilərlər. Koreya serial və musiqilərinin artan məşhurluğunun, "TOPİC imtahanına müraciət sayıyla doğru mütənasib olduğu düşünülür.