Liverpulun növbəti transferi
21 Yanvar 2013 15:00 (UTC+04:00)
"İnter"in yarımmüdafiəçisi Felippe Koutinyo "Liverpul"a keçməyə çox
yaxındı. Qeyd edək ki, İngiltərə klubu daha əvvəl braziliyalı
futbolçuya görə qarşı tərəfə 6 milyon avro istəyirdi. Amma
milanlılar ona görə 10 milyon istəyirdi. "Liverpul" rəhbərliyi isə
öz növbəsində təklifi yaxşılaşdırmaq qərarına gəlib. Bu barədə
Liverpool Echo məlumat yayıb. Mənbənin yazdığına görə, 20 yaşlı
braziliyalı futbolçunun transferi barədə həftəsonu rəsmi məlumat
veriləcək.