Qvardiola Ardanı istəyir

21 Yanvar 2013 16:27 (UTC+04:00)
Xosep Qvardiola artıq "Bavariya" üçün yeni futbolçular axtarışına başlayıb. Onun ilk transferlərindən biri "Atletiko"nun yarımmüdafiəçisi Arda Turan ola bilər. Bu barədə El Mundo Deportivo məlumat yayıb. Türkiyəli futbolçunun transfer qiyməti təxminən 17 milyon avro təşkil edir. Onun "Atletiko" ilə müqavilə müddəti isə 2015-ci ilə qədər nəzərdə tutulub.