Azərbaycanda ilk dəfə süni ürək nəqli əməliyyatı edilib

21 Yanvar 2013 16:33 (UTC+04:00)
Movqe.az xəbər verir ki, Azərbaycanda ilk dəfə süni ürək nəqli əməliyyatı həyata keçirilib. Həkim Kamran Musayev qrupu tərəfindən ölkədə ilk dəfə müvəffəqiyyətli bir əməliyyatla 44 yaşlı İbrahim Mansurov adlı xəstəyə süni ürəkköçürülüb. Həkim Musayev mətbuata verdiyi şərhdə sözügedən əməliyyatın Azərbaycanda ilk dəfə həyata keçirildiyini xatırladıb. Musayev: "Bu əməliyyatın edilməsi hər şeydən əvvəl ölkəmdə tibbin yüksək səviyyəsini göstərir'' deyib. Musayev edilən əməliyyatın çox çətin riskli bir əməliyyat olduğunu bildirib. Ürək nəqli edilən xəstə İbrahim Mansurov da etdiyi şərhdə özünü əməliyyatdan sonra çox yaxşı hiss etdiyini söyləyib. Uzun illər ağır dərmanlarla yaşamaq məcburiyyətində qaldığını ifadə edən Mansurov müvəffəqiyyətli əməliyyat üçün həkimlərinə təşəkkür edib.