Bu məhsulu çinlilər istehsal edə bilmir

21 Yanvar 2013 18:26 (UTC+04:00)
Movqe.Az bildirir ki,  İraqda yüz illərdir, döyülərək bərkidilən parça və böyük baş heyvanın dərisindən əldə edilən iplərlə hazırlanan ayaqqabını çinlilər belə hazırlaya bilmir. "Kalas" adı verilən ayaqqabı, inkişaf edən texnologiyaya baxmayaraq hazılanma xüsusiyyətini itirmir. Böyük bir əmək nəticəsində hazırlanan ayaqqabı və parçalarının əl istehsalı olması ayaqqabının ardıcıl istehsalına maneə törədir. Bir ayaqqabı ustası, təxminən bir həftədə yalnız bir cüt ayaqqabı hazırlaya bilir.