“Hədəf və hədəfin təyin edilməsi” mövzusunda diskussiya

19 Yanvar 2013 16:35 (UTC+04:00)

19 yanvar tarixində "İRƏLİ" Təlim və Karyera mərkəzinin təşkil etdiyi "İnsan Kapitalı" layihəsi çərçivəsində "Hədəf və hədəfin təyin edilməsi" mövzusunda diskussiya təşkil olunub.

Diskussiya zamanı Modern Marketing Şirkətinin təsisçisi, marketinq üzrə ekspert Yusif Vəliyevlə müzakirələr aparılıb.

Müzakirələr zamanı hədəfi necə təyin edək, hədəfə çatmaq üçün nə etmək lazımdır, uğurlu karyeranın qurulması, biznesin sirləri, biznesdə uğur qazanmaq üçün psixoloji durum və s. məsələlərə toxunulub.