Skripkaçı rekordlar kitabına girməyi bacardı

21 Yanvar 2013 19:01 (UTC+04:00)
Movqe.Az bildirir ki, 2 yayla eyni anda 4 skripka çalan ukraynalı skripka ifaçısı rekord qırıb. Ukraynalı skripka ifaçısı Aleksandr Bojik, çılğın nümayişi ilə rekordlar kitabına girib. Əvvəl Aleksandr Bojik nümayişinə 2 skripka ilə başlayır. Daha sonra özünə bir yay və bir skripka da verilir. Sağ əlində tutduğu 2 yayla digər əlindəki 2 və qoltuq altına sıxıştırdığı 3-cü skripkasını eyni vaxtda çalan Bojik izləyənləri heyrətləndirib. Ancaq nümayiş, 4-cü skripkanın da Bojikin başının altına yerləşdirilməsi zamanı daha maraqlı bir hal alıb. Tamaşaçılar nəfəslərini tutaraq Bojiki izləyiblər. Bir dəqiqə yarım ərzində 2 yayla 4 skripkanı eyni anda çalan Bojik, rekordlar kitabına girməyi bacarıb. Sürətlə nümayişinə davam edən çılğın skripkaçının yeni hədəfi isə 5 skripka ilə eyni anda ifa edə bilməkdir.