Mona Lİza ayda "gülümsəyib"

21 Yanvar 2013 17:04 (UTC+04:00)
Movqe.az xəbər verir ki, NASA 2009-ci ildən bu yana Ayın orbitində yerləşən Ay Kəşfiyyat Peykinə(LRO) Mona Lizanın boz tonda olan optik siqnallarını göndərib. Mona Lizanın Merilenddəki bazasından 384 min 400 kilometr uzaqlıqdakı LRO-ya göndərilməsi, planetlər arası kosmos vasitələri üçün lazer ünsiyyətində çox mühüm bir irəliləyiş olaraq qəbul edilir. Ay orbiti Lazer Altimetri (Lola) araşdırmaçılarından olan  Deyvid Smis "İlk dəfə kosmosda tək istiqamətli lazer kontaktı yaratmağı bacardıq. Yaxın gələcəkdə bu cür sadə lazer kontaktı peyklərin işlətdiyi radio əlaqəsini dəstəkləmək üçün istifadə ediləcək. Ümumiyyətlə lazer ünsiyyəti, hal-hazırda istifadə edilən radio əlaqələrinin daha yüksək məlumat sürəti əldə etməsinə şərait yaradacaq "deyib.
peyk