Bir fincanı 50 dollara olan qəhvə

21 Yanvar 2013 19:40 (UTC+04:00)
Movqe.Az bildirir ki, Taylandda fillərin mədələrində qıcqırdılan tumlardan əldə edilən dünyanın ən bahalı qəhvəsi hazırlanır. Qəhvə ağaclarından toplanan meyvələr fillər üçün hazırlanan yala qatılır. Qəhvə nüvələri mədə və bağırsaqlardan keçərək çölə çıxır. O nüvələr təmizlənib toplanır. 33 kilo qəhvə ağacı meyvəsindən yalnız 1 kilo nüvə əldə edilə bilir. İstehsalındakı çətinliyinə görə bu qəhvənin kilosu 1100 dollara başa gəlir. Özünəməxsus bir qoxu və dadının olduğu ifadə edilən bu qəhvədən bir fincan içmək isə 50 dollara başa gəlir. Çox az miqdarda əldə edildiyi üçün fərqli bir yeri olan qəhvə istehsalından əldə edilən gəlirin bir hissəsi filləri qoruma dərnəyini gedir. İndoneziyada da bir meymun cinsindən bənzər şəkildə qəhvə əldə edilir.