Qızılca xəstəliyi artıb

21 Yanvar 2013 17:20 (UTC+04:00)
Movqe.az  xəbər verir ki, Pakistanda qızılca epidemiyasından ölənlərin sayının 460-a çatdığı bildirilib. Səhiyyə Nazirliyi səlahiyyətliləri, son üç ayda 460 nəfərin qızılca virusundan dünyasını dəyişdiyini bildirib. Həlak olanların əksəriyyətinin sosial-iqtisadi vəziyyəti çox pis olan cənubdakı Sind əyalətində yaşadığı deyilib. Sağlamlıq infrastrukturunun zəif səhiyyə xidmətlərin qeyri-kafi olduğu ölkədə, ötən ay ölümlərin artması ilə bağlı peyvənd kampaniyası keçirilmiş beynəlxalq sağlamlıq təşkilatlarından kömək istənmişdi.