"Batman"ın avtomobili satılıb

21 Yanvar 2013 17:37 (UTC+04:00)

Movqe.az xəbər verir ki, məşhur cizgi xarakter "Batman"ın televiziya serialında istifadə etdiyi əfsanəvi avtomobili "Batmobile" auksiyonda  4,2 milyon dollara alıcısını tapıb. "Batmobil"ı Arizonalı 56 yaşlı biznesmen Rik Çampeycn satın alıb. Serialın nümayiş olunduğu tarixdə 10 yaşı olan biznesmen hərracdan sonra "Xəyallarım gerçək oldu" deyib. "Batman"ın 1960-cı illərdə nümayiş olunan televiziya serialında istifadə etdiyi ətrafı qırmızı xəttlərlə haşiyələnən qara "Batmobileserial  üçün Corc Barris tərəfindən Fordun "Lincon Futura" modelindən götürülmüşdü. "Batmobile"ın, hərracda yaradıcısı Corc Barris tərəfindən təqdim edildiyi də qeyd edilib.