Müğənni Ruhi Əliyeva hamiləlik fotosunu sosial şəbəkədə paylaşıb.
Movqe.az xəbər verir ki, o, şəklə “Bir qadın üçün həyatının ən önəmli hadisəsi məhz ana olmaqdır. Allah övladlarınızı qorusun. Olmayanlara qismət. Övlad sahibi olmaq istəyənlər isə səbr etsinlər” sözlərini yazıb.
Qeyd edək ki, R.Əliyevanın əkiz övladları var.