Bəşər Əsədi anası da tərk etdi

21 Yanvar 2013 19:38 (UTC+04:00)

Movqe.az xəbər verir ki, aylardır ölkəsində qırğın edərək öz vətəndaşlarını öldürən Suriya Prezidenti Bəşər Əsədin anası ölkəsini tərk edib. Uzun müddətdir davam edən Suriyadakı vətəndaş müharibəsində minlərlə insan həlak olub.. Suriya xalqının böyük bir qismi ətraf ölkələrdəki düşərgələrdə yaşadığı halda, Suriya lideri Bəşər Əsədin ən yaxın yoldaşları onu tək qoymuşdu. Lakin ona ən böyük zərbə anası Enise Mahlufdan gəlib. Əsədin anası Suriyanı tərk edərək Birləşmiş Ərəb Əmirliklərində sığınan qızı Büşranın yanına gedib.