"Nə olar məni asma"

21 Yanvar 2013 19:00 (UTC+04:00)
Movqe.az xəbər verir ki, İranda bıçaq gücü ilə bir vətəndaşı qəsb edən kəslər ictimai ərazidə asılaraq edam edilib. Edam cəzasına məhkum edilən şəxslərdən biri başını cəlladın çiyininə söykəyib "olar məni asma" deyərək yalvarıb.Bu yalvarışı dinləməyən cəlladları iki üzvün boynuna ipi keçirib. İranın paytaxtı Tehranda motosikletli bir qəsb şəbəkəsinin 2 üzvü Alirıza Mafiha Məhəmməd Əli Sarvari edama məhkum edilib. İki məhkum, dünən səhər xalqın qarşısında krandan asılaraq edam edilib.