"20 Yanvar" qətliamı Belçikada da anıldı
21 Yanvar 2013 21:29 (UTC+04:00)
Bü gun Belçika Azərbaycanlıları Cəmiyyəti Belçikanın paytaxtı
Brussel şəhərində "Hotel Bloom"un konfrans salonunda "20 Yanvar
Qanlı və Şanlı Tariximiz" mövzusunda tədbir keçirmişdir. Tədbirə
100 yaxın Belçikada yaşayan soydaşlarımız qatılmaqla yanaşı bir
neçə yeli qeyri hökumət təşkilatlarının nümayəndələri , Azərbaycan
Respublikasının Belçikadakı səfiri Fuad İsgəndərov, Azərbaycanın
NATO-dakı daimi nümayəndəliyinin rəhbəri Xəzər İbrahim , EU
Reporter İnformasiya Agentliyinin nümayəndəsi, Almaniyalı siyasi
ekspert, Belçika Haber qəzetinin əməkdaşı Gəlil Gündoğdu , Belçika
Azərbaycan Dostluq Cəmiyyətinin sədri Ayhan Dəmirci, Dayaq
Cəmiyyətinin sədri Asəf Bağırov, Benelüks Azərbaycanlıları
konqresinin nümayəndəsi Musa Pünhan və digər qonaqlar iştirak
edirdi. Konfransı açıq elan edən Belçika Azərbaycanlıları
Cəmiyyətinin prezidenti Rəşad Xasayoğlu tədbir iştirakçılarını 20
yanvar hadisələrində şəhid olmuş soydaşlarımızı bir dəqiqəlik
sükutla anmağa dəvət etdi və daha sonra tədbir Azərbaycan himninin
oxunmasından sonra açıq elan edildi.
Daha sonra çıxış üçün söz Azərbaycan Respublikasının Belçikadakı
səfiri Fuad İsgəndərova verildi. O, da öz növbəsində o günləri
xatırlamaq baxımından tədbirin keçirilməsini zəruri olduğunu
bildirdi . O Belçikada fəaliyyətinə başladığı müddətdə bu qədər
soydaşımızın qarşısında ilk dəfə çıxış etdiyini bildirərək
soydaşlarımızla bir araya gəlməkdən məmnun olduğunu bildirdi.O
bildirdi ki, vətənimiz Azərbaycanın haqq səsini dünyaya çatdırmaq
üçün hər kəsin fəal olmasının vacib olduğunu bildirdi. 20 yanvar
xalqımızın qəhrəmanlıq tarixinin bir hissəsidir, xalqımız tarix
boyu çox böyük qəhrəmanlıq və şücaət göüstərib və 20 yanvar günü də
xalqımızın fəxr olunası tarixidir. "Mən inanıram ki, biz işğal
olunmuş Qarabağı da işğaldan azad edib , faciə günlərimizi
xatırlamaqla yanaşı qələbə günümüzü də qeyd edəcəyik. Bugün bizim
həmrəyliyə ehtiyacımız var, ona görə ki biz həmrəy olub Qarabağ
yaramızı , problemimizi gələcək nəsillərə ötürməməliyik" deyə o
bildirdi. Bizim diasporamızın güclənməsinə ehtiyac olduğunu
vurğulayan Fuad İsgəndərov bu sahədə BACəın üzəzirinə böyük yük və
məsuliyyət düşdüyünü bildirdi. Son olaraq O, BAC-ın uğurlu
fəaliyyətini vurğulayaraq bundan sonra da uğurlu lahiyələrə imza
atacağına inandığnı bildirmiş və təşkilata gələcək fəaliyyətində
uğurlar arzulamışdır.
Daha sonra çıxış üçün söz NATO-dakı nümayəndəliyimizin rəhbəri
Xəzər İbrahimə verildi.Xəzər İbrahim dedi ki, mən xaraktercə
diplomat olmamışadm və nə zamansa diplomat olacağımı düşünməmişdim.
20 yanvar günü baş verən hadisələr məni bu sahəyə istiqamətlənməyi
mənəvi cəhətdən məcbur etdi. Biz o zamanlar gənc idik və bu
hadisələr yaddaşımızda dərin izlər buraxdı. Biz heç bir zaman o
günləri unuda bilmərik və gələcək nəsillərin də bu günləri
unutmaması üçün hər birimiz əlimizdən gələni əsirgəməməliyik.
Daha sonra 20 yanvar günü baş vermiş hadisələri əks etdirən film
nümayiş etdirildi.
Tədbirin təşkilatçısı BAC-ın sədri Rəşad Xasayoğlu çıxış edərək o
günü belə xatırladığını söylədi. Mənim o zaman 7 yaşım var idi.
Düzü biz o günlər nəyinsə baş verdiyini hiss edirdik və görürdük
amma yaşımız az olduğundan nələrin baş verdiyini tam dərk etmirdik.
Hər zaman öz özümə sual verirdim.Baş verən bu olay nədir? Niyə bu
qədər insan bir gündə öldürülsün? Niyə bu üədər insan küçələrə
axışıb Azadlıq deyib hayqırsın. Bütün bunların səbəbini biz daha
sonralar başa düşdük ama unutmadıq , unutdurmadıq. Bizim bu tədbiri
təşkil etməkdə məqsədimiz birdir : Bu Şanlı və Qanlı yariximizi yad
etmək və xalqımızın qəhrəmanlığını dünyaya daim təbliğ etməkdir.Biz
bundan sonra da bucür kampaniyalarımızı davam etdirəcəyik,
millətimizin başına gətirilmiş bu bəlaları dünyaya təbliğ etmək də
davam edəcəyik. Bundan sonra qarşıdan digər faciə tarixlərimiz
Xocalı, 31 mart sorqrım günlərimiz gəlir. Xalqımıza qarşı
törədilmiş bu cinayəti törədənlərin öz hüquqi qiymətinin almasına
daim durmadan fəaliyyətimizi artıracağıq. Bizim Avropada
güclənməyimizə ehtiyacımız var bu işdə hər kəsin üzərindəbir yük
var. Hır həsi birliyə və həmrəyliyə çağırıram.
Növbəti çıxışçılar İlahə Rafaelqızı da uşaqlıq dövrünə təsadüf edən
bu günlərin onun yaddaşında ağrılı iz buraxdığını qeyd etdi. Daha
sonra çıxış edın Benelüks Azərbaycanlıları Konqresinin Belçika
nümayəndəsi tədbirin təşkilatçısı Belçika Azərbaycanlıları
Cəmiyyətinə öz təçəkkürünü bildirərək Avropada yaşayan gənclər
olaraq millətimizin faciəsini heç zaman unutmayacaqlarını bildirmiş
bundan sonra milli problemlerimizin dünya ictimaiətinə
çatdırılmasının vacib olduğunu vurğulayaraq birlikdə fəaliyyət
göstərməyimizin vacibliyini bildirmişdir.
Tədbirin rəsmi hissəsinin sonunda 20 Yanvar faciəsinə həsr olunmuş
ingilis dilinə tərcümə olunmuş film nümayiş etdirildi.
Daha sonra tədbir çay və kofe süfrəsi ilə davam etdirilmişdir.