Tolik Aygün Kazımova ilə işbirliyinə son qoydu

22 Yanvar 2013 10:36 (UTC+04:00)
Xalq artisti Aygün Kazımova və məşhur prodüser Tolik (Tarix Əliyev) yollarını ayırdılar. ANS PRESS-in məlumatına görə, prodüser bu barədə şəxsi "Facebook" bəyan edib və bu açıqlaması ilə son zamanlar gəzən söz-söhbətlərə nöqtə qoydu.

Tolik Aygün Kazımova ilə işbirliyinə son qoyduqlarını belə ifadə edib: "Bir il ərzində çalışdığım Aygün Kazımova ilə iş fəaliyyətimizə son qoyuldu. Bu, ikitərəfli razılaşma əsasında baş verdi. Hamıdan bunu düzgün formada təhlil etməyi xahiş edirəm. Fanatlara, "Facebook" istifadəçilərinin nəzərinə çatdırım ki, hazırda Aygun xanımla aramızda heç bir inciklik olmayıb. Və, ayrılmağımız normal şəkildə həyata keçdi".

Qeyd edək ki, prodüser Aygün Kazımova ilə işbirliyinə müğənniyə "Diva" titulu verməklə başlamışdı. Bunun ardınca isə Tolikin peşəkar fəaliyyətinin nəticəsi olaraq qısa müddət ərzində bir çox uğurlu layihələr həyata keçirilmişdi.