Mağazadan 700 manat oğurladı

1 Dekabr 2016 12:37 (UTC+04:00)

Salyan rayonunda oğurluq olub. Movqe.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, noyabrın 19-na keçən gecə Salyan rayonunun Yolüstü kəndində kənd sakini Cavid Hüseynova məxsus mağazadan qapının qıfılını sındırmaq yolu ilə 700 manat pul oğurlanıb.
 
Salyan RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən həmkəndlisi Bayram Kərimzadə tutulub.