Rasim Musayev öz xahişi ilə Gəncə şəhər Baş Polis İdarəsinin rəisi vəzifəsindən azad edilib

22 Yanvar 2013 10:36 (UTC+04:00)

Gəncə şəhər Baş Polis İdarəsinin rəisi işdən çıxarılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan ZahidovAPA-ya bildirib ki, Gəncə şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Rasim Musayev tutduğu vəzifədən azad edilməsi xahişi ilə Daxili İşlər Nazirliyinə raportla müraciət edib: "Onun müraciətinə baxılıb və Rasim Musayev daxili işlər naziri, general-polkovnik Ramil Usubovun müvafiq əmri ilə tutduğu vəzifədən azad edilib. Rasim Musayev Daxili İşlər Nazirliyinin Baş kadrlar idarəsinin sərəncamına götürülüb".