Almaniyanın göndərdiyi "Patriot" Türkiyəyə gətirilib

22 Yanvar 2013 11:11 (UTC+04:00)

Almaniyanın göndərdiyi "Patriot" hava hücumundan müdafiə sistemləri Türkiyəyə gətirilib. Sistemi daşıyan "Suecia Seaways" gəmisi Türkiyənin İskəndərun bölgəsindəki limana çatıb.

Türkiyə mətbuatının verdiyi xəbərə görə, gəmidəki 400 əsgər 300 hərbi vəsait və 100 konteyner sistemin quraşdırılacağı Kahramanmaraşa göndərilib.