Bakıda at 20 yaşlı oğlanı sürüyüb

1 Dekabr 2016 18:30 (UTC+04:00)

Bakıda 20 yaşlı oğlanı at sürüyüb. Hadisə Maştağa qəsəbəsi, Mehdi Hüseynzadə küç, ev 1 ünvanının qarşısında qeydə alınıb. Belə ki, 1996-cı il təvəllüdlü Rəhimov Qulaməli Nadir oğlu yeni aldığı ata minib sürmək istəyib. At hürküb və onun boynundakı kəndir Q.Rəhimovun ayağına keçib. Nəticədə at gənc oğlanı bir neçə metr sürüyüb. Yalnız qonşuların köməyi ilə atı saxlamaq mümkün olub.

Q.Rəhimov ağır bədən xəsarətləri alaraq 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.