Formula 1 üzrə Azərbaycan Qran Prisinin biletləri satışda

2 Dekabr 2016 13:54 (UTC+04:00)

2017-ci ildə Bakıda keçiriləcək Formula 1 üzrə Azərbaycan Qran Prisinin biletləri bu gündən satışa çıxarılır.

Movqe.az goal.az-a istinadən  xəbər verir ki, ilk iki ay ərzində biletlər 30%-dək endirimli qiymətlərlə təklif olunacaq. Daha sonra satış tam qiymətlər üzrə davam edəcək.

Qeyd edək ki, Azərbaycan Qran Prisi gələn il 23 - 25 iyunda keçiriləcək.