Büdcə layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub

2 Dekabr 2016 15:25 (UTC+04:00)

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, İnsan hüquqları, Gənclər və idman komitəsi, Regional məsələlər, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclasında 2017-ci il üzrə Azərbaycanın dövlət büdcəsinin layihəsinin müzakirəsi başa çatıb.
Movqe.az-ın məlumatına görə, İnsan Hüquqları komitəsinin sədri Bahar Muradova deyib ki, büdcədə nəzərdə tutulan vəsaitlər çox olanda işi ona uyğun qurublar: “Az olanda da buna uyğun qurmalıyıq”.  

Millət vəkilləri gələn ilin dövlət büdcəsi layihəsini Milli Məclisin plenar iclasına tövsiyə edib. /apa/