Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev Rusiya prezidenti Vladimir Putin tərəfindən Rusiya Federasiyasının "Dostluq" ordeni ilə təltif olunub. Bunun səbəbləri barədə Mövqe.Az saytının apardığı araşdırmalar nəticəsində kifayət qədər maraqlı məqamlar üzə çıxdı. Məlum oldu ki, bir neçə il öncə Bakı şəhəri Nərimanov rayonu ilə Rusiyanın Həştərxan şəhəri arasında qardaşlıq prtokolu imzalanıb. Bununla bağlı həyata keçrilən tədbirlər tərəflər arasında müxtəlif sahələr üzrə qarşılıqlı əlaqələrin möhkəmlənməsinə, daha möhkəm özüllər üzərində qurulmasına təkan verib. Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev Həştərxanda olarkən isə burada böyük bir parkın salınması, həmin parkda ulu öndər Heydər Əliyevin əzəmətli abidəsinin ucaldılması üçün Azərbaycan hökuməti adından Həştərxan rəhbərliyinə müraciət edib. Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin bu təklifi böyük məmnunluqla qarşılayaraq parkın salınması məqsədilə müvafiq ərazinin ayrılmasına göstəriş verib. Bundan sonra Həştərxanın mərkəzində, Naberejnaya Privoljskovo Zatona küçəsində Heydər Əliyev adına möhtəşəm park salındı və 2011-ci ilin mayın 19-da isə "Rusiya və Azərbaycan: regionlararası əməkdaşlığın yeni üfüqlərinə doğru" mövzusunda keçirilən forum çərçivəsində sözügedən parkın təntənəli açılışı oldu.
3,5 hektar ərazidə salınmış istirahət parkında geniş abadlıq və yaşıllaşdırma işləri aparılıb, mindən artıq ağac əkilib. Burada müasir işıqlandırma sistemi quraşdırılıb və gözəl fəvvarə yaradılıb. Elə həmin gün həm də Rusiya və Azərbaycan Dostluğu körpüsünün təməli qoyulub. Körpü Heydər Əliyev adına park ilə Birinci Pyotrun abidəsi ucaldılmış parkı birləşdirməli idi.
Xatırlatmaq yerinə düşərdi ki, 2010-cu
ilin oktyabrın 27-də ümummilli lider Heydər Əliyevin abidə
kompleksinin Prezident lham Əliyevin iştirakı ilə baş tutmuş
təntənəli açılış mərasimi zamanı Həştərxan vilayətinin qubernatoru
A.Jilkinin xahişini nəzərə alaraq, Azərbaycan dövlət başçısı park
boyu axan Volqa çayının qolunun digər tərəfində yaşayan əhalinin
istirahətini təmin etmək məqsədilə, qolun üzərindən piyada keçid
körpüsünün tikintisinin həyata keçirilməsini qərara alaraq müvafiq
göstəriş vermişdi. Sözügedən tapşırığın yerinə yetirilməsi üçün
körpünün layihəsini hazırlamaq məqsədilə dünyada aparıcı layihə
institutlarından biri olan "VolqoMostStroyProyekt" institutuna
sifariş verildi və sözügedən layihə institutunun mütəxəssisləri
tərəfindən işlənib-hazırlandı. 2012-ci ilin sentyabrında isə Heydər
Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın iştirakı ilə
həmin körpünün açılışı həyata keçrildi.
Bundan əlavə, Həştərxanda Bakı küçəsində
Heydər Əliyev Fondunun təşəbbüsü və Azərbaycan dövlətinin maliyyə
dəstəyi ilə 11 nömrəli məktəb yenidən qurulub, yeni korpuslar inşa
edilib. 2011-ci ilin oktyabırnda Həştərxanda ulu öndər Heydər
Əliyevin adını daşıyan 11 nömrəli məktəbin təntənəli açılış
mərasimi baş tutub. Bu məktəbin açılması Azərbaycan-Rusiya
humanitar əlaqələrini möhkəmləndirən mühüm hadisələrdən birinə
çevrildi və vilayət icması tərəfindən böyük razılıqla qarşılandı.
Əsaslı təmirdən sonra məktəbin siması büsbütün dəyişdi. 1937-ci
ildə inşa edilmiş binanın özülü möhkəmləndirilmiş, iki yeni korpus
tikilmişdi. Korpuslarda müasir idman kompleksi, iclas salonu və
yeməkxana mövcuddur, istilik sistemi və elektrik xətləri təzələnib.
Elektrik təchizatını daha etibarlı etmək üçün dörd transformator
qoyulub, dərnək fəaliyyəti üçün kabinet açılıb. Təhsil müəssisəsi
yeni kompyuterlər, mebel, yeməkxana avadanlığı ilə təchiz edilib.
Heydər Əliyev Fondunun təşəbbüsü ilə görülən bütün bu işlərin
icarsı isə məhz Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin
Fərzəliyevə həvalə edilib və işlər ən yüksək səviyyədə görülərək
başa çatdırılıb.
Bununla yanaşı, Həştərxanda Knyaz
Vladimir adına kilsənin bərpa olunması, onun ətraf ərazilərinin
abadladırılması, Knyaz Vladimirin abidəsinin qoyulması ilə bağlı
Həştərxan şəhər meriyası tərəfindən Heydər Əliyev Fonduna xahiş
ünvanlanıb. Bu xahişə də müsbət cavab verilərək qeyd edilən işlərin
icrası yenə Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin
Fərzəliyevə həvalə olunub. Hazırda bu istiqamətdə işlər yüksək
səviyyədə davam etdirilir və cari ilin may ayına qədər qeyd edilən
işlərin yeknlaması gözlənir.
Nərimanov rayonu ilə Həştərxan şəhəri arasında dostluğun daha
bir ifadəsi olan Aşıq Molla Cümə küçəsində salınan parka
Bakı-Hətərxan Dostluğu Parkı adı verilib və parkın təntənəli açılış
mərasimi keçrilib. Sözügedən park ötən il Heydər Əliyev Fondunun
təşəbbüsü ilə əsaslı şəkildə təmir olunub. Bütün bunlar ölkəmizdə
olduğu kimi Rusiyada da diqqətlə izlənir və elə bunun nəticəsidir
ki, Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev
Rusiya prezidenti Vladimir Putin tərəfindən Rusiya Federasiyasının
"Dostluq" ordeni ilə təltif olunub. Bu, həm də Azərbaycanla Rusiya
arasında dostluq münasibətlərinin yüksək səviyyədə inkişafına
verilən qiymət kimi qəbul olunur.