Azərbaycan prezidentinin Zərdaba səfəri başlayıb

2 Dekabr 2016 17:56 (UTC+04:00)

Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Zərdab rayonuna səfərə gəliblər.
 
Movqe.az-ın məlumatına görə, dövlət başçısı və xanımı Heydər Əliyevin Zərdab şəhərinin mərkəzi meydanındakı abidəsi önünə gül dəstəsi qoyublar.
 
Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev prezident İlham Əliyevə son illərdə rayonda görülən işlər, həyata keçirilən layihələr barədə məlumat verib.