Beyonsdan anasına 5.9 milyon dollarlıq hədiyyə

22 Yanvar 2013 14:59 (UTC+04:00)
Movqe.Az bildirir ki, Məşhur müğənni Beyons Noules, anası Tina üçün 5.9 milyon dollarlıq bir ev satın alacaq. 31 yaşlı müğənninin anası üçün Hyustonda almağı planlaşdırdığı evdə 6 yataq otağı və 16 hamam var. Üç il əvvəl 20 milyon dollara satışa çıxan evin 2 bağçası da var. Bunlardan əlavə, evin oyun otağı, iki jakuzisi, fitnes salonu, hovuzu, kinoteatrı da var. Fransız və İtalyan arxitekturasından istifadə olunan evdə 4 mətbəx və 4 avtomobil dayanacağı da var.