Özbəkistanda prezident seçkilərində səsvermə başlayıb

4 Dekabr 2016 13:00 (UTC+04:00)

Özbəkistanda bu gün yerli vaxtla saat 6:00-da prezident seçkilərində səsvermə başlayıb. Ölkədə 9383 seçki məntəqəsi faliyyət göstərir. 

Seçki məntəqələri saat 20.00-da bağlanacaq.

Seçkilərdə Özbəkistan Milli Təhlükəsizlik Xidməti və Daxili İşlər Nazirliyinin əməkdaşları təhlükəsizliyini təmin edəcək.