Cəlilabadda ev yanıb

4 Dekabr 2016 15:27 (UTC+04:00)

Cəlilabadda 3 otaqlı ev yanıb.

Movqe.az  Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, vətəndaşa məxsus ümumi sahəsi 88 m² olan 3 otaqlı evin mətbəxinin tavanı 36 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 08:18-də yanğınsöndürənlər tərəfindən söndürülüb.