Kakanın keçidi baş tutmadı

22 Yanvar 2013 15:45 (UTC+04:00)

"Real"ın yarımmüdafiəçisi Kakanın "Milan"a keçidi baş tutmayıb. Bu barədə İtaliya klubunun vitse-prezidenti Adriano Qalliani məlumat verib: "Futbolçu komandamıza keçmək üçün əlindən gələni etdi. Elə biz də bu istiqamətdə var gücümüzü ortaya qoyduq. Amma trasnfer baş tutmayacaq. Əsas səbəb isə vergi sistemiylə bağlıdı".