Özbəkistanın yeni prezidenti o oldu

5 Dekabr 2016 16:06 (UTC+04:00)

Özbəkistan Mərkəzi Seçki Komissiyası ötən gün keçirilmiş prezident seçkilərinin nəticəsini açıqlayıb.
 
Movqe.az-ın apa-ya  istinadən verdiyi məlumata görə, yeni prezidenti baş nazir Şövkət Mirziyeyev olub. O, 88,61 faiz səs toplayıb.

 Seçkilərdə seçici fəallığı 86,62 faiz təşkil edib.

 
Qeyd edək ki, Özbəkistanın birinci prezidenti İslam Kərimov bu il sentyabrın 2-də 78 yaşında dünyasını dəyişib. Prezidentin səlahiyyətlərini baş nazir Şövkət Mirziyeyev icra edib.