Milli Məclisin plenar iclası başlayıb

6 Dekabr 2016 11:48 (UTC+04:00)

Movqe.az-ın xəbərinə görə, Oqtay Əsədovun sədrliyi ilə keçirilən iclasın gündəliyinə Azərbaycanın 2017-ci il dövlət büdcəsi zərfinə daxil olan qanun layihələri daxildir.
Bunlar "2017-ci il dövlət büdcəsi haqqında ", "Azərbaycan Respublikasında 2017-cı il üçün yaşayış minimumu haqqında”, "Azərbaycan Respublikasında 2017-ci il üçün ehtiyac meyarının həddi haqqında”, "Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2017-ci il büdcəsi haqqında ” qanun layihələri və Milli Məclisin və Hesablama Palatasının 2017-ci il üçün xərclər smetasıdır.
Üç gün ardıcıl keçiriləcək müzakirələr dekabrın 8-də başa çatacaq.