Təklif: Kommunal xidmət göstərən qurumlar özəlləşdirilsin

6 Dekabr 2016 16:47 (UTC+04:00)

Azərbaycanda kommunal xidmət göstərən dövlət qurumlarının özəlləşdirilməsi təklif edilir.

Movqe.az-ın məlumatına görə, bu təkliflə Milli Məclisin deputatı Fərəc Quliyev parlamentin bu gün keçirilən iclasında deyib.

O qeyd edib ki, bu müəssisələrin özəlləşdirilməsi dövlət büdcəsinin yükünü xeyli azaltmış olar: “İndi dövlət büdcəsindən həmin qurumlara vəsait ayrılır. Ancaq həmin müəssisələr özəlləşdirilsə, nəinki onlara pul ayrılmayacaq, hətta onlar özləri dövlət büdcəsinə gəlir verəcək”.