Bakıda yeni doğulmuş körpə xəstəxanada ölüb

7 Dekabr 2016 11:36 (UTC+04:00)

Bakıda yeni doğulmuş uşaq xəstəxanada ölüb.
 
Movqe.az-ın məlumatına görə, N. Yusifbəyli küçəsində yerləşən Bakı Sağlamlıq Mərkəzində 9 gün əvvəl dünyaya gələn körpə dünyasını dəyişib. Ölümün səbəbləri hələlik məlum deyil.
 
Baş vermiş hadisə ilə Nərimanov rayon Prokurorluğu tərəfindən araşdırma aparılır. /apa/