Novruz Məmmədov: Beynəlxalq münasibətlərdə ədalət yoxdursa, digər dəyərlər universal ola bilməz

7 Dekabr 2016 12:10 (UTC+04:00)

Beynəlxalq münasibətlərdə ədalət yoxdursa, digər dəyərlər universal ola bilməz.

Movqe.az-ın məlumatına görə, bunu Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov "Twitter"dəki səhifəsində yazıb.

N.Məmmədov qeyd edib: "Ötən əsrin sonlarında bəzi ideoloq alimlərin birqütblü dünya nizamı haqqında fikirlərinin əsasının olmadığı məlum idi. Müşahidələr və təhlillər göstərir ki, birqütblü dünya nizamı adlanan dövr əslində ikiqütblü ya çoxqütblü dünya nizamına keçid dövrüdür. Birqütblü dünya nizamının uzunmüddətli olması üçün dövlətlərarası və beynəlxalq münasibətlərdə əsas dəyər ədalətin olmasıdır. O da heyf ki..."

PA rəsmisi əlavə edib: "Əgər dünyada (beynəlxalq münasibətlərdə) ədalət yoxdursa, digər dəyərlər universal ola bilməz. Çünki bu zaman “dəyərlər” təzyiq vasitəsi kimi istifadə edilirlər".