Metro və piyada keçidlərindəki obyektlərdə də kassa aparatları quraşdırılacaq

22 Yanvar 2013 16:45 (UTC+04:00)

Bu ilin sonunadək Bakı şəhərinin bütün ticarət mərkəzlərində və kütləvi satış yerlərində, o cümlədən metro və piyada keçidlərindəki obyektlər kassa aparatları ilə təmin olunacaq. Movqe.az-ın məlumatına görə, bunu vergilər nazirinin I müavini Natiq Əmirov bildirib. Onun sözlərinə görə, hazırda paytaxtda təqribən 95 belə kütləvi satış yeri mövcuddur və onların hamısı ilə bağlı işlər davam edir. Nazir müavini bildirib ki, ümumilikdə şəhərdəki obyektlərin 95%-dən çoxu artıq kassa aparatları ilə təmin edilib, qalanları isə yalnız kütləvi satış obyektlərdir.