Qar dənələrini tutmağa çalışan pişik - VİDEO

22 Yanvar 2013 17:54 (UTC+04:00)
Movqe.Az bildirir ki, İngiltərədə qarda oynayan və qar dənələri tutmağa çalışan pişiyin videosu "Youtube"da 5 gün ərzində təxminən 2 milyon dəfə izlənib. İngiltərədə Jef Çarls adlı bir adam, ölkənin bir hissəsinin qar altında qaldığı gün evə işdən tez gəldiyini bildirib. Çarls, ilk dəfə qar görəcək "Fletçer" adlı pişiyini oynaması üçün çölə buraxıb. Pişiyin qarda oynamasını və qar dənələri tutmağa çalışmasını videoya çəkən Çarls, sonra bu videonu məşhur video paylaşım saytı "Youtube"a yükləyib. "Pişik qarla tanış oldu" başlıqlı video, 18 yanvarda sayta yüklənməsindən bu yana 1,86 milyondan çox izlənib. Pişiyinin bütün gün çöldə oynadığını söyləyən Jef Çarls, "Fletçer və qardaşı bütün günü çöldə qarda oynayıb. Arada içəri girərək istilənir və yenidən çölə çıxırdılar." deyib.