İndoneziyada şiddətli zəlzələ

22 Yanvar 2013 17:09 (UTC+04:00)
Movqe.az xəbər verir ki, İndoneziyanın qərbində meydana gələn 5,9 bal şiddətindəki zəlzələdə bir nəfərin həlak olduğu bildirilib. Səlahiyyətlilər, Ace əyalətində səhər erkən saatda meydana gələn zəlzələdə gənc bir qızın öldüyünü, çox sayda insanın isə yaralandığını açıqlayıb. Sumatra adasının qərbində olan Ace,  zəlzələ vulkan qurşağında yerləşən İndoneziyanın zəlzələlərdən ən çox zərər görən əyaləti olaraq bilinir. 26 dekabr 2004-cü ildəmeydana gələn 9,1 bal gücündə olan zəlzələ sunami 170 min nəfəri Acedən olan 230 min insanın dünyasını dəyişməsinə səbəb olmuşdu.