Diqqət! Danışıqlar qeydə alınır!

22 Yanvar 2013 18:22 (UTC+04:00)

Movqe.Az bildirir ki, Martın 15-i məşhur mesajlaşma xidməti MSN-nin tamamilə bağlanmasından sonra eyni məqsədli yenə "Microsoft"un ödənişsiz səsli və görünüşlü danışıq imkanı təqdim edən "Skype" proqramından istifadə edəcəyik. ESET Araşdırma Mütəxəssisi Riqard Zvienenberqin söylədiklərində diqət çəkən çox əhəmiyyətli bir nöqtə var. Zvienenberqin şərhlərinə görə "Skype", danışıqıları bir neçə yerdə saxlayır və bu özbaşına uzun müddət silinmir. "Skype"da istifadəçi mesaj və məlumatlarının saxlanılmasından ötəri məlumatların yayılmasının qarşısını almaq üçün "Skype"ın internet kafe kimi mühitlərdə ya da başqasının kompüterində istifadə edilməməsini təklif edilir. Zvienenberq, tədbir olaraq mesajlaşmağı bitirdikdən sonra "Clear History" (Keçmişi Təmizlə) düyməsinə tıklanmasını tövsiyə edir. Pulsuz mesajlaşma və danışma imkanı təqdim edən "Skype" bütün danışmalarınızı yazır.