Rusiyada izlənmə rekordu qıran görüntülər

22 Yanvar 2013 17:33 (UTC+04:00)

Movqe.azxəbər verir ki,  Rusiyada bir qrup balıqçının ovlanmaq üçün buzun üzərində açdıqları dəlikdən yüzlərlə balığın özbaşına çıxdığı görüntülər internetdə izlənmə rekordu qırıb. Rusiyanın Tomsk bölgəsində çəkildiyi bildirilən görüntülərdə, buzun üzərində açılan dəlikdən balıqların tək-tək su üzərinə çıxdıqları görülür. Buz üzərində toplanan onlarla balıqlar balıqçılar tərəfindən tək-tək toplanaraq bir vedrə içərisinə doldurur. Həmçinin görüntülərdə bir balıqçının kefli bir səslə "Balıq fontanı" deyərək qışqırdığı eşidilir.