Çavuşoğlu: "Dağlıq Qarabağ kimi "dondurulmuş" münaqişələrin qarşısı alınmalıdır"

8 Dekabr 2016 22:00 (UTC+04:00)

"Terrorizmlə yanaşı, Dağlıq Qarabağ, Dnestryanı, Abxaziya və Cənubi Osetiya kimi "dondurulmuş" münaqişələrin qarşısı alınmalıdır". Movqe.az-ın məlumatına görə, bu sözləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ATƏT Xarici İşlər Nazirləri Şurasının Hamburqda keçirilən 23-cü iclasında deyib. O bildirib ki, hazırki vəziyyətin davam etməsi qəbuledilməzdir: “Bu münaqişələr uzun müddətdir davam edir. Bu münaqişələrin həlli bizə olan etimadı təhdid altına alır”.