Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri

9 Dekabr 2016 09:37 (UTC+04:00)

Azərbaycan Mərkəzi Bankı 9 dekabr tarixinə valyuta məzənnələrini açıqlayıb.

Mərkəzi Bankdan Movqe.az-a verilən məlumata görə, dekabrın 9-a olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ dollarının rəsmi məzənnəsi 1,7430 manat təşkil edir.

Manata nəzərən avronun məzənnəsi isə 1,8487 manat təşkil edir.

1 türk lirəsi 0,5050 manat, 1 rus rublu 0,0275 manatdır.