Tramp "Ford Motor"un sabiq rəhbərini dövlət katibi edə bilər

9 Dekabr 2016 11:25 (UTC+04:00)

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp "Ford Motor" şirkətinin sabiq rəhbəri Alan Malallinin dövlət katibi postuna namizədliyini irəli sürə bilər. Movqe.az  bu barədə RİA Novosti-yə istinadən məlumat verir.

Daha öncə D.Trampın keçid komandasının nümayəndəsi bildirmişdi ki, ABŞ-ın yeni seçilmiş prezidenti A.Malalli və Aydahodan konqresmen Raul Labradorla görüşüb.

Qeyd edək ki, D.Trampın inauqurasiyası 2017-ci il yanvarın 20-də baş tutacaq.