40 nəfəri qətlə yetirən cani tutuldu

9 Dekabr 2016 20:00 (UTC+04:00)

Qvatemala polisi  onlarla insanı qətlə yetirməkdə şübhəli bilinən “Barrio-18” cinayətkar dəstənin 27 yaşlı üzvünü saxlayıb. Movqe.az-ın “TASS”a istinadən verdiyi xəbərə görə,  Karlos Qaytan yalnız cari il ərzində azı 40 nəfəri qətlə yetirib. Cinayətkar Vilya-Nueva yaşayış məntəqəsində keçirilən xüsusi əməliyyat zamanı saxlanılıb.
 
K.Qaytananın qurbanlarının əksəriyyəti sahibkarlıqla məşğul olan və yük daşımalar sahəsində çalışan şəxslərdir.  Onun başçılıq etdiyi  “Barrio-18” cinayətkar dəstə 100-dən çox qətl törətməkdə  şübhəli bilinir.