Qar həyatı iflic edib

22 Yanvar 2013 18:25 (UTC+04:00)

Movqe.az xəbər verir ki, Braziliyanın Sao Paulo şəhərində meydana gələn vertolyot qəzasında 1 nəfər ölüb, 3 nəfər yaralanıb. Braziliyalı səlahiyyətlilərin verdiyi məlumata görə, vertolyotunbir evin üstünə düşməsi nəticəsində pilot dünyasını dəyişib, 3 sərnişin yaralanıb. Vertolyotun düşməsi zamanı havanın yüngül yağışlı olduğunu ifadə edənsəlahiyyətlilər, qəzanın səbəbinin araşdırıldığını söyləyib. "Hava taksisi" olaraq istifadə edilən Bell 206 tipli vertolyotun 7 sərnişin tutumlu olduğu ifadə edilib. Dünyada xüsusi vertolyotların ən çox istifadə edildiyi şəhərlərdən olan Sao Pauloda vertolyotların yoğun olan nəqliyyatın səbəb olduğu zərəri aradan qaldırmaq məqsədiylə istifadə edildiyi deyilib.